Press-reliz

XİN Qarabağ ətrafında baş verənlərdən narahatdır

Britaniya XİN Dağlıq Qarabağ ətrafında son günlər baş vermiş hadisələrlə bağlı narahatlılığını bildirir və tərəfləri gərginliyi azaltmağa çağırır.

Bu 2010 to 2015 Conservative and Liberal Democrat coalition government əsasən dərc edilmişdir

Ötən həftə təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskin şəkildə pisləşməsi dair xəbərlər oldu. Həlak olanların sayındakı artımı və ağır hərbi texnikadan istifadəni nəzərə alsaq bu 20 illik atəşkəs dövrünün ən çox narahat verici hadisəsi oldu.

Britaniya Xarici işlər Nazirliyinin sözcüsü bildirir ki,

Birləşmiş Krallıq Ermənistan və Azərbaycana müraciət edərək gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə və hər iki tərəfi 1994-cü il atəşkəs sazişinə hörmətlə yanaşmağa cağırır. Biz bütün tərəflərdə insan tələfatının davam etməsindən dərin sarsıntı keçirmişik. Cari il may ayında Avropa Məsələlər Üzrə Nazir Deyvid Lidinqtonun atəşkəs dövrünün 20 illiyi ilə bağlı bəyanatını xatırladaraq, biz tərəfləri münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrləri ilə işləməyə cağırırıq.

Dərc edilib: 4 August 2014