Xəbərləri əks etdirən material

Britaniya XİN Qarabağla bağlı atəşkəsin 20 illiyinə dair bəyanatı

Avropa Məsələləri Üzrə Nazir bütün tərəfləri Qarabağ münaqişəsinin həlli üçün bütün tərəfləri səyləri artırmağa çağırır.

Bu 2010 to 2015 Conservative and Liberal Democrat coalition government əsasən dərc edilmişdir
Foreign Office Minister David Lidington

12 may tarixində Avropa məsələləri üzrə nazir Deyvid Lidinqton demişdir:

Bu gün Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs rejimi sazişinin imzalanmasının 20 illiyi qeyd olunur. Bu saziş amansız müharibəyə son qoysa da, lakin real sülhə hələ nail olunmamışdır. Snayper atəşləri hər iki tərəfdən can almaqda davam edir, bir çox halda döyüşən əsgərlər atəşkəs sazişindən gəncdir. Humanitar böhran davam edir və yüz minlərlə məcburi köçkün öz problemlərinin adekvat həllini gözləyir. Sülh yalnız tərəflərin kompromis qərarları ilə mümkündür.

Yeni nəsil Ermənilər və Azərbaycanlılar arasında yalnız münaqişənin olduğunu bilir halbuki, bu xalqların uzun müddət birgə, sülh şəraitində yaşama tarixi var. Sülhə nail olmaq üçün hər iki tərəf buna şərait yaratmalı və xalqlarını bu razılığa hazır etməlidirlər. Lakin təəssüf ki, bu gün bunu görmək mümkün deyil. Birləşmiş Krallıq Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ icmaları arasında qarşılıqlı anlayışa nail olmaq üçün səylərini davam etdirəcək.Xalq diplomatiyası və xalqlar arasında sülh qurucuları hər bir sülh və barışığın əsas amilidir.

Birləşmiş Krallıq Minsk Qrupu həmsədrlərinin sülh razılaşmasının əldə olunmasına dair səylərini dəstəkləyir. Sülh müqaviləsinin əsas şərti işğal olunmuş ərazilərin geri qaytarılması və Dağlıq Qarabağın statusu üzrə öz rəyini azad ifadə etmənin keçirilməsi amerikalı həmsədr Ceyms Uorlik tərəfindən mayın 7-də dəqiq ortaya qoyulub. Ümid edirəm ki, hər iki ölkənin rəhbərliyi Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqlarının naminə bu problemin həlli üçün siyasi cəsarət nümayiş etdirəcək.

Dərc edilib: 12 May 2014
Son yenilənmə: 12 May 2014 + show all updates
  1. Added translation

  2. First published.