Dünya üzrə xəbərləri əks etdirən material

Britaniya XİN Rauf Mirqədirovun həbsindən narahatdı

Britaniya Xarici İşlər Nazirliyi azərbaycanlı jurnalist və vətəndaş cəmiyyətinin fəalı Rauf Mirqədirovun həbsindən narahatdı

Bu 2010 to 2015 Conservative and Liberal Democrat coalition government əsasən dərc edilmişdir

Nazirliyin sözçüsü deyib:

Biz jurnalist Rauf Mirqədirovun saxlanılmasını naraharçılıqla qarşılayırıq.

Britaniya hökuməti uzun illər Ermənistan və Azərbaycan vətəndaşlarını bir araya gətirmək və hər iki ölkə əhalisini balanslı xəbərlərlə təmin etməyi nəzərdə tutan media layihələri və bunu gerçəkləşdirən vətəndaş cəmiyyətini dəstəkləyib.

Nazirliyin rəsmisi Mark Simmonds 11 fevral 2014-cü ildə Parlamentdəki çıxışında demişdi ki, hər iki cəmiyyətdə başqa ölkələrin əhalisi ilə əlaqələri olmayan yeni nəsillər meydana gəlmişdir.

Britaniya hökuməti hər iki ölkə əhalisini sülhə hazırlayan bucür vacib layihələrin, ‘’vətəndaşlar arasında əlaqə’’nin davam edəcəyinə ümid bəsləyir.

Dərc edilib: 5 May 2014